Bitkoinin qiyməti il ​​ərzində 32 faiz artaraq rekord həddə çatıb.

Yeniera.az xəbər verir ki, bu barədə FED məlumat yayıb.

Belə ki, Bitkoin ilk dəfə Asiya ticarətində 1 faizdən çox artaraq 124 480,82 dollara çatıb.

Bu artım Fed-in faiz dərəcələrinin azaldılması ilə bağlı artan gözləntilər və Tramp administrasiyasının kriptovalyuta siyasətinin son addımları ilə təkan verib.

İkinci ən böyük kriptovalyuta olan Ether də 2021-ci ildən bəri ən yüksək səviyyə olan 4,784,72 dollara yüksəldi.Bitkoin hazırda 0,37% artaraq 123 393 dollar təşkil edib ki, bu da aydan bəri 6% artım deməkdir.Ethereum-un qiyməti hazırda 1,15% artaraq 4773,30 dollar təşkil edib.

Bu, ilin əvvəlindən 42,7%, ayın əvvəlindən isə 27,75% artım deməkdir.

Rza Əli

 

Exit mobile version