Bakı küçələrində yol hərəkəti təhlükəsizliyi qaydalarının növbəti dəfə kobud şəkildə pozulması ilə bağlı görüntülər yayılıb.

Ajans.az xəbər verir ki, “166 Yükdaşıma və Logistika” şirkətinə məxsus 10-ZJ-147 dövlət qeydiyyat nişanlı yük avtomobilinin daşıdığı iri həcmli yükü heç bir təhlükəsizlik qaydalarına əməl etmədən aparması digər sürücülərin narazılığına səbəb olub.

Yayılan görüntülərdən aydın olur ki, platformada daşınan iri beton və ya metal çənlər (çənlərə bənzər konstruksiyalar) açıq vəziyyətdədir, heç bir bərkidici kəndir, zəncir və ya xüsusi kəmərlərlə sabitlənməyib.

Hadisəni lentə alan sürücü bildirib ki, bu cür məsuliyyətsiz daşınma digər avtomobillər və sərnişinlər üçün böyük təhlükə yaradır

https://www.instagram.com/reel/DcNpg-0IyX-/?utm_source=ig_web_button_share_sheet

Exit mobile version