• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
11°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

"28 May"dan "Nizami" metrosuna qatarlar getməyəcək - RƏSMİ

07 Noyabr, 25 / 15:00
A A
"28 May"dan "Nizami" metrosuna qatarlar getməyəcək - RƏSMİ

“Xətlərin ayrılması prosesinə ilkin mərhələ olaraq bu ilin aprel ayında başlanılıb”.

Yeniera.az xəbər verir ki, bunu Metbuat.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin nümayəndəsi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, xətləri fiziki olaraq ayırmaq üçün iki əsas şərt mövcuddur:

“Birinci şərt hər bir xəttin müstəqil fəaliyyət göstərə bilməsi üçün ayrıca elektrik deposunun olmasıdır. İlkin işlər məhz Dərnəgüldəki elektrik deposunda başlayıb və bu proses iki mərhələdən ibarətdir. Birinci mərhələ tamamlandıqda xətlərin ayrılması istiqamətində ilk vacib addım gerçəkləşmiş olacaq. İkinci vacib məqam isə “28 May” stansiyasının yaxınlığında hasarlanmış iki xüsusi ərazidə aparılan işlərlə bağlıdır. Həmin hissələrdə xüsusi dərinliyə qədər hazırlıq şaxtası qazılır. Şaxtanın hazır olmasından sonra xətlərin fiziki ayrılması üçün zəruri olan ikinci mərhələ tamamlanacaq. Daha sonra təxminən 200 metrlik tunelin tikintisinə başlanacaq. Bu mərhələnin 11 aya qədər davam edəcəyi gözlənilir”.

B.Məmmədov bildirib ki, məhz bu dövrdə “28 May” stansiyasından “Nizami” istiqamətinə, yəni Dərnəgül xətti üzrə qatarlar hərəkət etməyəcək:

“Qatarlar yalnız Həzi Aslanov–İçərişəhər xətti üzrə işləyəcək. Digər istiqamətə keçən sərnişinlər isə həmin müddətdə yerüstü nəqliyyatla daşınacaq. Bununla bağlı müzakirələr davam edir. Məsələ yalnız sərnişinin stansiyadan çıxıb Nizami stansiyasına aparılması ilə məhdudlaşmır, daha geniş analiz tələb edir. Biz sərnişinlərin metroya hansı stansiyadan daxil olduğunu bilirik, amma çıxış məntəqələrini, məsələn, Koroğludan minən sərnişinin Elmlər Akademiyasına, yoxsa İçərişəhərə getdiyini dəqiq müəyyənləşdirmək üçün xüsusi monitorinqlərə ehtiyac var. Məqsəd sərnişin narahatlığını minimuma endirmək və alternativ dövrdə maksimal komfort təmin etməkdir.

Mətbuat katibi əlavə edib ki, xətlərin ayrılması böyük və tarixi layihədir, çünki 40 ildən çoxdur bu istiqamətdə iş aparılmayıb:

“Proses təkcə relslərin çəkilməsi ilə məhdudlaşmır, həm də qatarların hərəkət təhlükəsizliyi, sürət hədləri, işıqlandırma, elektrik kabellərinin çəkilməsi, iki yeni yarımstansiyanın inşası, mövcud dartı yarımstansiyasının tam yenidən qurulmasını əhatə edir. Bundan başqa, 28 May–Cəfər Cabbarlı istiqamətində sərnişin axınının artacağı nəzərə alınaraq, əlavə piyada keçidinin tikintisi də planlaşdırılır və bu keçidin həmin 11 ay ərzində hazır olması vacib hesab edilir. İntervalın minimuma endirilməsi üçün İçərişəhər stansiyasının arxasında dönmə kamerası və Xətai stansiyasından sonra iki yeni stansiyanın inşasının başa çatdırılması da tələb olunur”.

Ən son xəbərləri bizim Instagram hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Bayram günlərində ölkə ərazisində gözlənilən hava durumu açıqlanıb

Növbəti Yazı

Sənədsiz evlərlə bağlı şad xəbər 

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.