Nizami rayonunda 51 min manatlıq oğurluq edənlər saxlanılıblar.

Yeniera.az xəbər verir ki, şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər – R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51 min manat olan 48 ədəd kombi aparatını talayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Exit mobile version