Sentyabrın 29-u tarixində hərracda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus 10 ədəd avtomobil satışa çıxarılacaq.

Yeniera.az xəbər verir ki, avtomobillər əsasən “MITSUBISHI” və “CHEVROLET” markalıdır.

Nəqliyyat vasitələrinin start qiyməti 600 manatdan başlayaraq 2600 manatadək dəyişir.

Avtomobillərin 3-ü 2007-ci il istehsalıdır. Nəqliyyat vasitələri arasında 2008, 2010-cu il istehsalı avtomobillərdə yer alır.

Qeyd edək ki, nəqliyyta vasitələri 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.

Exit mobile version