Şamaxıda bıçaqlanma olub.

Yeniera.az xəbər verir ki, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb.

37 yaşlı Anar Ağayev ailə-məişət mübahisəsi zəminində 67 yaşlı atası Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Exit mobile version