Martın 8-i saat 13:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində yerləşən təndir evində faciəvi hadisə qeydə alınıb.
YENİERA.az xəbər verir ki, orada işləyən qəsəbə sakini 1985-ci il təvəllüdlü Bahar Mahmud qızı Mahmudovanı elektrik cərəyanı vurub.
Qadın aldığı xəsarət səbəbindən hadisə yerində ölüb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.//News24.az
