Rumıniya Prezidenti Nikusor Dan ölkədə ayı populyasiyasının azaldılmasını nəzərdə tutan Qanunu imzalayıb.

Yeniera.az “Euronews”a istinadən xəbər verir ki, sənəd 2026-cı ilin sonuna qədər 859 qonur ayının vurulmasına icazə verir.

Bununla yanaşı, əhali üçün təhlükə artarsa, “müdaxilə tədbiri” kimi daha 110 ayı zərərsizləşdirilə bilər.

Sözügedən yeni qanun sentyabrın 16-da Deputatlar Palatası tərəfindən qəbul edilib.

Qeyd edək ki, Rumıniya Avropada qonur ayıların ən çox məskunlaşdığı ölkədir.

Exit mobile version