Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Xoş sürpriz hansı BÜRCLƏR üçün hazırlanıb?
  • Səidə Şahpələngova vəfat etdi – FOTO
  • 4 rayonda qaz olmayacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maraqlı»İnstaqram bu funksiyanı ləğv etdi

İnstaqram bu funksiyanı ləğv etdi

Maraqlı Ariz Əhədov08.05.2026 - 09:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Meta” şirkətinin İnstaqram platformasında başdan-başa şifrələmə (E2EE) funksiyasını dayandırması texnologiya dünyasında geniş müzakirələrə səbəb olub.

Yeniera.az xəbər verir ki, bu gündən qüvvəyə minən dəyişiklikdən sonra istifadəçilər artıq instaqram mesajlarında əlavə təhlükəsizlik təmin edən şifrələmə funksiyasından istifadə edə bilməyəcəklər.

Yeni qərarla instaqramın birbaşa mesajlaşma sistemi standart şifrələmə modelinə keçəcək. Bu isə o deməkdir ki, platforma texniki baxımdan mesaj məzmununa çıxış imkanına sahib olacaq. Mətnlər, şəkillər, videolar və səs qeydləri müəyyən hallarda platforma tərəfindən görünə biləcək.

“Meta” qərarın səbəbini şifrələnmiş mesajlaşma funksiyasından istifadə edənlərin sayının az olması ilə izah edib. Şirkət istifadəçilərə təhlükəsiz mesajlaşma üçün vatsap tətbiqindən istifadə etməyi tövsiyə edib.

Bununla yanaşı, məxfilik və kibertəhlükəsizlik üzrə mütəxəssislər qərarın fərqli səbəblərlə əlaqəli ola biləcəyini düşünürlər. Bəzi ekspertlər “Meta”nın süni intellekt sistemlərini inkişaf etdirmək və reklam texnologiyalarını gücləndirmək üçün daha çox məlumat əldə etməyə çalışdığını bildirib.

Qərar müxtəlif reaksiyalar doğurub. Uşaq təhlükəsizliyi ilə məşğul olan bəzi təşkilatlar şifrələmənin aradan qaldırılmasını dəstəkləyərək bunun cinayətkar fəaliyyətlərin aşkarlanmasını asanlaşdıracağını bildiriblər. Digər tərəfdən, rəqəmsal hüquq müdafiəçiləri bunu istifadəçi məxfiliyi üçün ciddi geriləmə hesab edirlər.

“Signal”, vatsap və “iMessage” kimi platformalarda başdan-başa şifrələmə standart olaraq qalır.

Bənzər Xəbərlər

25.05.2026 - 00:30Ariz Əhədov

Xoş sürpriz hansı BÜRCLƏR üçün hazırlanıb?

25.05.2026 - 00:15Ariz Əhədov

Səidə Şahpələngova vəfat etdi - FOTO

24.05.2026 - 23:45Ariz Əhədov

4 rayonda qaz olmayacaq

24.05.2026 - 23:43Ariz Əhədov

Azərbaycanda ildırım düşdü: Ölən var

24.05.2026 - 23:24Ariz Əhədov

Bakıda restoran kartofu qızartdığı yağın pulunu da hesaba yazdı — FOTO

24.05.2026 - 22:22Ariz Əhədov

Bu rayonda 4 saat işıq OLMAYACAQ

24.05.2026 - 22:11Ariz Əhədov

Vüqar Bağırov sükan arxasında ÖLDÜ

24.05.2026 - 22:00Ariz Əhədov

Rubio AÇIQLADI - Yaxın bir neçə saatda dünya...

24.05.2026 - 21:34Ariz Əhədov

Qurban bayramında bunları etməyin! - XƏBƏRDARLIQ edildi!

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 569

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 216

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 019

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 239
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.