Birləşmiş Millətlər Təşkilatının (BMT) iclasında Birləşmiş Ştatlar Ukraynanın Rusiya əleyhinə bəyanatına qoşulmaqdan imtina edib.
Yeniera.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Ukrayna tərəfinin bəyanatında Rusiyanın guya Ukraynaya qarşı əsassız müharibə apardığı və onun dünya təşkilatının gələcəyi ilə bağlı Təhlükəsizlik Şurasının iclasının keçirilməsinin BMT Nizamnaməsinə təhqir olduğu iddia edilir.
Məlumata görə, Ukraynanın bəyanatına Yaponiya, Böyük Britaniya, Kanada, Avstraliya və Aİ ölkələri qoşulub.
Bundan əvvəl Ukraynanın BMT-dəki daimi nümayəndəsi və Almaniyadakı keçmiş səfiri Andrey Melnik Rusiyanın BMT-dəki əhval-ruhiyyəni əla anladığını bildirmişdi.
Yeganə

