ABŞ Prezidenti Donald Tramp 11 sentyabr 2001-ci ildə əkiz binalara edilən hücumun ildönümü ilə əlaqədar Pentaqonda təşkil edilən mərasimdə həyatını itirənləri yad edib.
Yeniera.az Qərb mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Belə ki, Tramp ABŞ-nin zərbə alsa belə əsla təslim olmayacağını dilə gətirərək 11 Sentyabr hadisəsinə toxunaraq belə deyib:
“ABŞ-yə hücum etsəniz, sizi ovlayacağıq. Harada olursunuzsa olun, sizi tapacağıq və ABŞ qalib gələcək”.
Xatırladaq ki, 2001-ci ilin sentyabrın 11-də qaçırılan dörd sərnişin təyyarəsindən ikisi Nyu-Yorkun simvolik tikililərindən biri olan Əkiz Qüllələr kimi tanınan Dünya Ticarət Mərkəzinə çırpılıb.
Hücumlara görə məsuliyyəti “Əl-Qaidə” terror təşkilatının lideri Usamə bin Laden üzərinə götürüb.
Qeyd edək ki, bin Laden 2011-ci ildə ABŞ tərəfindən Pakistanda öldürülüb.

