ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar heç bir müharibəyə başlamağı planlaşdırmır, ancaq münaqişə qaçılmaz olarsa, qalib gəlmək niyyətindədir.
Yeniera.az xəbər verir ki, Tramp bu barədə Knessetdə çıxışı zamanı bildirib.
Knessetin internet saytında yayımlanan çıxışı zamanı Tramp deyib:
“Biz müharibəyə başlamayacağıq. Amma başlasaq, müharibəni indiyə qədər heç kimin qalib gəlmədiyi kimi qazanacağıq. Və biz siyasi cəhətdən düzgün olmayacağıq. Amma biz bunun o nöqtəyə gəlməsinə imkan verməyəcəyik”,-deyə ABŞ prezidenti qeyd edib.
O, ümid edir ki, Birləşmiş Ştatlar heç vaxt öz arsenalındakı ən güclü silahlardan istifadə etməli olmayacaq. Tramp bəzi silahlara nifrət etdiyini vurğulayıb.
Yeganə

