Premyer Liqaya vəsiqə qazana bilməyən “Mingəçevir” dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Yeniera.az xəbər verir ki, bu barədə sportinfo.az-a düşərgədən məlumat verilib.

Bildirilib ki, ASTA klubu maliyyələşdirməkdən imtina edib. Hazırda həbsdə olan Adnan Əhmədzadəyə bağlı şəxs – Rafael Bünyatov əlini “işıqçılar”ın üzərindən çəkib.

O, yaxın adamları vasitəsilə komanda üzvlərini bu barədə xəbərdar edib.

2025-ci ilin əvvəlində “Mingəçevir”i himayəsinə götürmüş şirkətin başçısı maddi imkanlarının zəifləməsini əsas gətirib. Bünyatov klubdakı təsisçilik payını satmağa hazırdır – danışıqlar aparmaq istəyən varsa, buyursun!

“Mingəçevir” I Liqada ikinci yeri tutub. «nur şəhəri»nin təmsilçisi Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununda “Qəbələ”yə uduzaraq şansını qaçırıb.

Exit mobile version