Qəzza münaqişəsinə son qoyulması ilə bağlı “həssas müzakirələr” gedir, lakin HƏMAS-ın cavab müddəti dəyişməz olaraq qalır.
Yeniera.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Carolyn Levitt deyib.
O vurğulayıb ki, “Həmasın cavabı üçün son tarix eyni olaraq qalır”.
Qeyd edək ki, Qəzzada münaqişə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra, yaraqlıların ölkəyə girməsi, 1200-dən çox adamı öldürməsi və 200-dən çox adamı girov götürməsi ilə gərginləşib. Buna cavab olaraq İsrail Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyata başlayıb.
Rza Əli
Exit mobile version