Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketi fevralın 24-nə qədər razılaşdırıla bilər.
Yeniera.az xəbər verir ki, bu barədə “Euractiv” portalı avropalı diplomatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Finlandiya və İsveç Avropa Komissiyasını Rusiyaya lüks malların ixracına daha sərt qadağa tətbiq etməyə, Rusiyanın neft tankerlərinə xidmət göstərilməsini qeyri-qanuni elan etməyə və Rusiya gübrələrinin idxalına Aİ kvotalarını azaltmağa çağırıb.
Hazırda dəyəri 300 avrodan yuxarı olan lüks əşyaların ixracına qadağa tətbiq olunur. Lakin portal qeyd edir ki, bir çox belə malların Rusiyada satışının həyata keçirildiyi sxemlər mövcuddur.
