Uşaqların saxlanılması üçün müəyyən edilən alimentin məbləği müəyyən hallarda azaldıla bilər.

Yeniera.az xəbər verir ki, bu barədə Ailə Məcəlləsində müvafiq müddəalar əksini tapıb.

Ailə Məcəlləsinə əsasən uşaqların saxlanılması üçün nəzərdə tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla bilər.

Bunun üçün şəxsin ailə və maddi vəziyyətinin ağır olması, şəxsin xəstəliyi və ya vəziyyətini çətinləşdirən digər hallar sübuta yetirilməlidir.

Aliment ödəyən şəxs alimentin azaldılması üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir.

Mediasiyada tərəflər arasında alimentin azaldılması barədə razılıq əldə olunmazsa, aliment ödəyən şəxs onun azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. //Milli.Az

Exit mobile version