Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Gəncədə kütləvi zəhərlənmə: 10-a yaxın şəxs…
  • İyul ayı bu 3 bürc üçün pis keçəcək
  • Müdafiə Nazirliyi MƏLUMAT YAYDI – VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Anası “Rüzgar”ı öldürəni bağışladı

Anası “Rüzgar”ı öldürəni bağışladı

Hadisə Ariz Əhədov23.02.2026 - 17:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə paytaxtda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

YENİERA.az Lent.az-a istinadən xəbər verir ki, məhkəmə zərərçəkənin hüquqi varisinin ifadəsi ilə davam edib.

Zərərçəkənin hüquqi varisi olan anası İ.S təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib:

“Yasin Mingəçevir universitetində qiyabi təhsil alırdı. Tətil üçün evə gələcəkdi, amma gəlib çıxmadı. Mən yolpulunu göndərdim ona, mənə dedi ki, Şamaxıya gəlirəm, əşyalarımı qablaşdırmışam. Sonra onun instaqramdakı paylaşımından məlum oldu ki, o Türkiyəyə gedib. Ağlaya-ağlaya qayınlarıma zəng elədim ki, Yasin evə gəlmədi. Onlar da onun ardınca Türkiyəyə getdi. Mənə dedilər ki, Yasin gəlmək istəmədi. Hadisənin necə baş verdiyini görməmişəm. Oğlumun ölümündən hadisənin səhəri gün xəbər tutdum. Qaynımdan şikayətçi deyiləm, onu bağışlamışam”.

Məhkəmə İ.S-nın ilkin istintaq zamanı verdiyi ifadəni elan edib:

“Yasin cinsi azlıq nümayəndəsi idi. Onun bu hərəkətləri ailəmizdə ona qarşı nifrət yaratmışdı. Babək müharibə iştirakçısı idi, o qardaşı oğlunun cinsi azlıq olduğunu qəbul edə bilməzdi”.

Növbəti prosesi 4 mart 17:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. Həmin vaxt 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov bıçaqlanaraq öldürülüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun 38 yaşlı əmisi Babək İbadov tutulub.

Qətlə yetirilən “Rüzgar” ləqəbli Yasin İbadovun LGBT nümayəndəsi olduğu bildirilirdi.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb, B. İbadova Cinayət Məcəlləsinin 120.2.2 120.2.4 221.3 228.5 maddələri ilə ittiham irəli sürülüb.

Bənzər Xəbərlər

12.07.2026 - 19:48Gülnar Əliyeva

Gəncədə kütləvi zəhərlənmə: 10-a yaxın şəxs...

12.07.2026 - 16:33Gülnar Əliyeva

“Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı + VİDEO

12.07.2026 - 16:29Gülnar Əliyeva

Azərbaycanda tanınmış musiqiçi VƏFAT ETDİ - FOTO

12.07.2026 - 14:13Gülnar Əliyeva

Dörd günlük matəm ELAN OLUNDU - Bu ölkədə

12.07.2026 - 13:50Gülnar Əliyeva

"Qarabağ" bu dəfə DÇ-2026-nın iştirakçısını transfer edir

12.07.2026 - 12:10Gülnar Əliyeva

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat 

12.07.2026 - 10:27Gülnar Əliyeva

Azərbaycanda ağır qəza - 30 YARALI

12.07.2026 - 10:24Gülnar Əliyeva

Bu şəxslərə şad xəbər: maaşlar artırılacaq

11.07.2026 - 22:37Gülnar Əliyeva

Qaradağda ağır QƏZA: ÖLƏN VAR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 989

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 395

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 451

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 312
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.