• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
12°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Azərbaycan mədəni ictimaiyyəti İlham Əliyevi təbrik edib

07 Noyabr, 25 / 18:00
A A
Azərbaycan mədəni ictimaiyyəti İlham Əliyevi təbrik edib

Azərbaycanın mədəni ictimaiyyəti 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yeniera.az xəbər verir ki, məktubda Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı tarixi mübarizənin simvoluna çevrilmiş 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Prezident təbrik edilib.

“Azərbaycan xalqına bəxş etdiyiniz bu Qələbə üçün Sizə sonsuz ehtiram və minnətdarlığımızı bildiririk. Memarı olduğunuz bu şanlı Zəfər xalqımızın əsrlər boyu daşıdığı ədalət idealının gerçəkliyə çevrilməsi, apardığı haqq mübarizəsinin ali zirvəsi və milli iradənin tarix qarşısında təntənəsidir. Vətən müharibəsi Azərbaycan üçün sadəcə hərbi, siyasi, diplomatik qarşıdurma deyil, mənəvi arxetiplərin toqquşması ədalət və haqsızlığın, mərhəmət və zorakılığın, həqiqət və yalanın qarşılaşdığı sınaq meydanı idi”, – məktubda bildirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlara “Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa işləri Azərbaycan xalqının qurub-yaratmaq əzmini nümayiş etdirir:

“Qısa zaman ərzində inşa edilən hava limanları, yollar, yaşayış məntəqələri və sosial layihələr müstəqil Azərbaycanın öz gücünə arxalanan inkişaf modelinin göstəricisidir. Bu, həm də müharibədən qalib çıxmış dövlətin sülh, tərəqqi və mədəni dirçəlişə yönəlmiş niyyətinin əksidir”.

Məktubda vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsin bərpa edilməsi, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər mədəni tədbirlərin bərpasının bir daha sübut edir ki, Azərbaycanın qələbəsi həm də yüksək mədəniyyətin, sarsılmaz ruhun və mənəviyyatın Zəfəridir:

“Bütün bunlar mühüm mədəniyyət hadisəsi olmaqla yanaşı, həm də milli kimliyin ifadəsi, dövlətçilik ideyalarının mədəni kodda təcəssümü, o cümlədən dövlətin milli-mənəvi, mədəni dəyərlərə verdiyi böyük önəmin təzahürüdür. Azərbaycan xalqının milli mədəni irsinin yaşadılması, dünya miqyasında tanıdılması və beynəlxalq mədəni münasibətlər sistemində yüksək səviyyədə təmsil olunması istiqamətində həyata keçirilən işlərə verdiyiniz dəstəyə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Bu əlamətdar və tarixi gündə Sizi ölkəmizin mədəniyyət ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, Uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın firavanlığı və rifahı, dövlətimizin möhkəmlənməsi və intibahı naminə ali və şərəfli fəalliyyətinizdə uğurlar diləyirik”.

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Yunanıstan səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Növbəti Yazı

Dağıstanda helikopter qəzası faciə kimi qiymətləndirilib 

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.