Futbol üzrə İslandiya millisi Azərbaycan yığmasına qarşı keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununda qalib gəlmək istəyir. 

Yeniera.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Arnar Qunnlauqsson qarşılaşmadan əvvəl mətbuat konfransında deyib.

O, sabah baş tutacaq matçla bağlı fikirlərini bölüşüb:

“Bunun ölüm-dirim məsələsi olduğunu söyləməyəcəyəm. Böyük arzularımız var. Azərbaycanla matçda qalib gəlməliyik. Özümüzə təzyiq göstərməliyik”.

O, oyunçuların görüşə kökləndiyini sözlərinə əlavə edib:

“Hər kəs inanılmaz dərəcədə sakitdir. Məşqlər fantastik keçdi. Meydan da möhtəşəmdir. Həyacan səviyyəsinin yerində olduğunu düşünürəm. Həqiqətən növbəti matç üçün yaxşı hisslərim var”.

Qeyd edək ki, İslandiya – Azərbaycan görüşü sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Exit mobile version