Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib.

YENİERA.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb. Hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, prokuror A.Qasımlının 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, A.Qasımlı 2024-cü ilin dekabrında saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Exit mobile version