“Azər Türk Bank”ın 2026-cı ilin ilk rübündə ümumi kredit portfelinin həcmi 814 milyon 700 min manat olub.

Yeniera.az Valyuta.az-a istinadən xəbər verir ki, bunun 9 milyon 469 min manatı vaxtı keçmiş kreditlərin payına düşüb.

2025-ci ilin ilk rübündə isə bankın ümumi kredit portfeli 806 milyon 441 min manat təşkil edib. Həmin dövrdə vaxtı keçmiş kreditlərin həcmi 5 milyon 730 min manat olub.

Beləliklə, vaxtı keçmiş kreditlərin həcmi illik müqayisədə 3 milyon 739 min manat və ya 65,3% artıb.

Regionlar Məbləği (min manat)
Ümumi portfel o cümlədən, vaxtı keçmiş hissə
Bakı şəhəri 623,860 5,530
Naxçıvan şəhəri 58,553 341
Gəncə şəhəri 26,991 204
Sumqayıt şəhəri 15,704 152
Sabirabad 2,380 151
Cəlilabad 3,088 149
Bərdə 1,562 138
Biləsuvar 2,017 134
Şirvan şəhəri 7,424 130
Kürdəmir 2,050 120
16.04.2026
Exit mobile version