Süni intellekt texnologiyaları ilə hazırlanmış foto, video və audio materialları lazımi nişanlama olmadan yayan şəxslər 150 manatadək cərimə edilə bilər.
Yeniera.az xəbər verir ki, materialın süni intellektdən istifadə edilməklə hazırlandığını bilə-bilə həmin foto, video və ya audio materialın bu texnologiya vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlama olmadan yayılması inzibati məsuliyyət yaradır.
Bu qayda belə materialların mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına şamil olunur.
Belə pozuntuya yol verən şəxslər 80 manatdan 150 manatadək məbləğdə cərimə edilirlər.
Nişanlama dedikdə isə süni intellekt texnologiyası ilə hazırlanmış foto, video və audio materiallara həmin texnologiyanın avtomatik verdiyi və ya sonradan əlavə edilən vizual, səsli və yaxud mətn əsaslı işarələnmə nəzərdə tutulur.///Ajans.az
