Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniera.az xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, “VAZ-2106” və “KIA” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində Mahmudlu kənd sakinləri – 1988-ci il təvəllüdlü İlahə Məmmədova, 2009-cu il təvəllüdlü Elvin Məmmədov, 1992-ci il təvəllüdlü Hicran Həmzəyeva və 2018-ci il təvəllüdlü Zəhra Vəliyeva hadisə yerində həyatını itirib.
Nəticədə “VAZ-2106”nın sürücüsü Əlizamin Aslanov, onun oğlu Qoşqar Aslanov, həmçinin Zeynab Aslanova, Aygün Cəfərova, Zəminə Hüseynova, Seymur Hüseynli və Elnur Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
