Sumqayıtda tanınmış həkim vəfat edib.
Yeniera.az xəbər verir ki, 2 nömrəli Sumqayıt şəhər xəstəxanasında çalışmış Sidqəli Bayramov 88 yaşında dünyasını dəyişib.
1938-ci ildə anadan olan Sidqəli Bayramov 1965-ci ildən etibarən Sumqayıt şəhərinin 1 nömrəli xəstəxanasında həkim kimi fəaliyyət göstərib.
Daha sonra əmək fəaliyyətini 2 nömrəli Sumqayıt şəhər xəstəxanasında davam etdirib və uzun illər mədə-bağırsaq şöbəsinə rəhbərlik edib./musavat
