Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa şəhərinə dron hücumu zamanı 18 yaşlı azərbaycanlı tələbə Əli Mehdiyev ağır yaralanıb.
Yeniera.az–ın məlumatına görə, tələbənin qaldığı mənzil “Şahed” tipli dronla vurulub.
Avqustun 1-də baş verən hücum zamanı bir Türkiyə vətəndaşı da yaralanıb.
Odessa Regional Polis İdarəsinin rəisi Sergey Lısak bildirib: “Hazırda iki nəfərin yaralandığı məlumdur. Onlar müvafiq olaraq 18 və 28 yaşlı gənc kişilərdir. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Həkimlər bütün lazımi yardımı göstərirlər”.
Sözügedən binaya dron hücumunun görüntülərini unikal-a istinadla təqdim edirik:
///Sfera.az
