Ötən gün Buzovnada üç nəfər dənizdə batıb.
Yeniera.az Xitab24-ə istinadən xəbər verir ki, dənizdə batan şəxslər AZTV-nin əməkdaşı, jurnalist Rəhilə Həmidovanın bacı və qardaşlarıdır.
Bizi Instagramda izləyin
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə aşkar edilib.
Hazırda suda batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun axtarışları davam etdirilir.
