Qurumun yaydığı növbəti məlumata görə, Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.
***
Son məlumata görə, Bakı metrosunun fəaliyyəti bərpa olunub:
“Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib. Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik”, – qurumun məlumatında qeyd edilib.
Xatırladaq ki, hazırda Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilir. Buna səbəb isə bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranmasıdır.
Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Yeniera.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov-Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
