Bu gün saat 18:40 radələrində Bakı Metropoliteninin “Əhmədli” stansiyasında sərnişin qatar yoluna düşüb.

Yeniera.az bildirir ki, publika.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisədən dərhal sonra təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım çağırılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb. Qatar yolundan çıxarılan qadın polisə təhvil verilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə səbəbindən intervalda 9 dəqiqəlik yubanma yaranıb.

Exit mobile version