Bakının Xətai rayonu, Zığ şossesi -14 və Ramiz Quliyev küçəsinin kəsişməsində söküntü işləri aparılacaq.
Yeniera.az xəbər verir ki, görüləcək işlər Bakının baş planına əsasən həyata keçiriləcək.
Sözügedən ünvanda köhnə fərdi evlər, qəzalı binalar və iaşə obyektləri söküləcək.
Söküntü ərazisində Bakının ən məhşur iaşə obyektlərindən biri olan “Nargilə” kafesi də var.
