Bakıda kişi ticarət mərkəzində liftin şaxtasına düşərək ölüb.

Yeniera.az xəbər verir ki, bədbəxt hadisə ötən gün paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzində baş verib.

Məlumatlara əsasən, dünyasını dəyişən şəxs 64 yaşlı Namiq Məmmədovdur.

Yaralı halda özəl klinikalardan birinə çatdırılan Namiq Məmmədov orada dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, hadisə liftlə yük qaldıran zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edib.

Exit mobile version