Bakının əsas yollarının birində  hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib.

Yeniera.az  xəbər verir ki, 24-26 sentyabr tarixlərində Bakıda keçiriləcək Formula 1 Qran Prisi ilə əlaqədar olaraq artıq bəzi yollarda hərəkətin təşkilində dəyişikliklərə başlanılıb. Belə ki, Neftçilər prospekti ilə Niyazi küçəsinin birləşməsində olan dairəyə giriş müvəqqəti olaraq ləğv edilib.

Nəqliyyatın hərəkətində ləngimələrin və sıxlığın qarşısının alınması, fasiləsiz hərəkətin təşkili məqsədilə Yol Patrul Xidmətinin əməkdaşları ərazidə gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Exit mobile version