Bakının Nərimanov rayonunda dava zamanı 37 yaşlı şəxs bıçaq xəsarətləri alıb.

Yeniera.az xəbər verir ki, hadisə Əliəşrəf Əlizadə küçəsində Elm və Təhsil Nazirliyinin qarşısında qeydə alınıb.

Zaqatala rayon sakini 1989-cu il təvəllüdlü Ramazanov Şəhriyar Zakir oğlu küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb

O, hər iki ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib./teleqraf

Exit mobile version