Bu gün saat 14:10 radələrində Bakı şəhər Həsən Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az-ın məlumatına görə, “Kia Sportage” markalı minik avtomobili ilə “Lexsus ES” markalı minik avtomobili toqquşub. Hadisə zamanı maşında olan sərnişinlər xəsarət alıb. Ətrafda olan sürücülər maşında sıxlı vəziyyətdə qalan sənişinləri xilas etməyə çalışıblar.
