Tümendən Bakıya uçuş həyata keçirən “UTair” aviaşirkətinə məxsus təyyarə texniki səbəbdən Ufaya məcburi eniş edib.

Yeniera.az bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə 20:15-də təyyarə “Ufa” beynəlxalq hava limanına enib. Ekipaj texniki səbəbdən marşrutdan kənara çıxmaq qərarına gəlib.

Eniş təhlükəsiz şəkildə baş tutub./axar

Exit mobile version