İraqın Kürdüstan regionunun Baş naziri Məsrur Bərzaninin Ərbil şəhərində yerləşən ofisi dron hücumuna məruz qalıb.
Yeniera.az xəbər verir ki, bu barədə “Rudaw” nəşri məlumat yayıb.
Bildirilib ki, ofis İrana məxsus iki ədəd “Hadid 110” zərbə dronu ilə vurulub. Hücum zamanı Ərbil vilayətinin Pirmam rayonunun təhlükəsizlik xidmətinin rəhbərinin iqamətgahının da hədəf alındığı qeyd olunub.
Ölənlər və ya zərərçəkənlər barədə məlumat yoxdur.
Yerli hakimiyyət hücumu “tamamilə qəbuledilməz” adlandırıb.
