“İrana qarşı dəniz blokadası Fars körfəzi ölkələrinin maraqlarına ziddir”.

Yeniera.az xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatla İran Prezidenti Məsud Pezeşkian çıxış edib.

Onun sözlərinə görə, blokada ABŞ-yə İranla bağlı məqsədlərinə nail olmağa kömək etməyəcək.

“Bu gün düşmənlərimiz öz yanaşmalarını dəyişərək İran hökuməti və xalqına qarşı yeni təzyiq aləti kimi dəniz blokadası və dəniz ticarəti yollarının məhdudlaşdırılması strategiyasına əl atıblar. Dəniz blokadası və məhdudiyyətlər tətbiq etməyə yönəlmiş hər hansı cəhd beynəlxalq hüquqa, region ölkələrinin maraqlarına, qlobal sülh və sabitliyə ziddir və heç bir effekt verməyəcək”, – dövlət başçısı bildirib.

Exit mobile version