Oktyabrın 8-dən etibarən üç bürcün nümayəndələri üçün daha əlverişli dövrün başlayacağı iddia olunur. Gözlənilməz hadisələrin və təsadüflərin bu şəxslər üçün müsbət nəticələrə səbəb ola biləcəyi bildirilir.
Yeniera.az xəbər verir ki, “YourTango” nəşrinin astroloji proqnozuna əsasən, söhbət Əkizlər, Tərəzi və Balıqlar bürclərindən gedir. Proqnozda qeyd olunur ki, bu bürclərin nümayəndələri əvvəllər diqqətdən qaçırdıqları imkanları görməyə və mühüm qərarları daha doğru zamanda qəbul etməyə başlaya bilərlər.
Əkizlər üçün qarşıdakı dövrdə gözlənilməz imkanların yaranacağı bildirilir. Onların dəyişən vəziyyətlərə tez uyğunlaşmaq bacarığı uğurlu nəticələr əldə etmələrinə kömək edə bilər. Gözlənilməz bir təsadüfün müsbət hadisələr zəncirinə səbəb olacağı vurğulanır.
Tərəzilər isə uzun müddətdən sonra şansın onların tərəfində olduğunu hiss edə bilərlər. Qarşılarına çıxan imkanlara həddindən artıq şübhə ilə yanaşmamaq və yaxşı inkişaf edən hadisələrdə mütləq problem axtarmamaq tövsiyə olunur. Müsbət dəyişikliklərin həyatın bir neçə sahəsinə eyni vaxtda təsir edə biləcəyi qeyd edilir.
Balıqlar üçün isə yaxşı xəbərlər və gözlənilməz dəyişikliklər vəd olunur. Uzun müddətdir gözlədikləri bir xəbər heç gözləmədikləri anda gələ bilər. Bu bürcün nümayəndələrinə şübhələrə qapılmamaq və qarşılarına çıxan müsbət imkanlara açıq olmaq tövsiyə edilir./demokrat
