Toyota Motor 2026-cı ilin ilk yarısında qlobal avtomobil bazarında liderliyini qoruyub.

Yeniera.az xəbər verir ki, bu barədə şirkətin 1 yanvar – 30 iyun tarixlərini əhatə edən satış hesabatında bildirilib.

Məlumata görə, Toyota qrupunun dünya üzrə avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalaraq 5,39 milyon ədəd təşkil edib. Buna baxmayaraq, Yaponiya şirkəti ən yaxın rəqibi Volkswagen AG-ni geridə qoyaraq ilin ilk yarısında “dünyada ən çox avtomobil satan istehsalçı” titulunu ardıcıl yeddinci dəfə qoruyub. pizza sifarişi

Hesabata əsasən, Toyota-nın Yaponiya daxilində satışları 4,4 faiz artaraq 1,1 milyon ədədə yüksəlib. Xarici bazarlarda satışlar isə 4,5 faiz azalaraq 4,3 milyon avtomobil olub.

Şirkətin ABŞ bazarında satışları 0,9 faiz artsa da, Çində 17,1 faiz, Yaxın Şərq regionunda isə 21,6 faiz azalma qeydə alınıb.

Toyota-nın əsas rəqibi olan Volkswagen AG-nin qlobal satışları da azalıb. Alman avtomobil nəhənginin 2026-cı ilin yanvar-iyun aylarında dünya üzrə satışları ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz azalaraq 4,13 milyon ədəd təşkil edib. Bu göstərici ilə Volkswagen ilin ilk yarısını dünya bazarında ikinci yerdə başa vurub.///Ajans.az

Exit mobile version