Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Hollandiyanın MV Hondius ekspedisiya kruiz gəmisində qeydə alınmış And virusu (hantavirus) epidemiyasının başa çatdığını elan edib.

Yeniera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün MV Hondius gəmisində hantavirusa məruz qalan sonuncu şəxs karantin müddətini başa vurdu, test nəticəsi mənfi çıxdı və evə qayıtdı. Mayın 25-dən bəri yeni yoluxma halı qeydə alınmayıb. Buna görə də ÜST epidemiyanın başa çatdığını hesab edir”, – deyə Gebreyesus bildirib.

Qeyd edək ki, Hollandiyanın MV Hondius ekspedisiya gəmisində And virusunun yayılması 2026-cı ilin aprel–may aylarında Cənubi Atlantik okeanı üzərində həyata keçirilən səyahət zamanı baş verib. Gəmidə 147 nəfər – 88 sərnişin və 59 heyət üzvü olub.

Mayın 2-də ÜST-ə təqdim edilən ilkin məlumatdan sonra təşkilat gəmidə 13 nəfərdə hantavirus infeksiyasının laborator şəkildə təsdiqləndiyini, üç nəfərin isə həyatını itirdiyini açıqlayıb.

Hantaviruslar əsasən gəmiricilər və digər kiçik məməlilər arasında yayılan, lakin insanlara da keçə bilən viruslar qrupuna daxildir. Ağır hallarda infeksiya ağciyərlərin zədələnməsinə, ürək-damar çatışmazlığına və hemorragik qızdırmaya səbəb ola bilər.//Ajans.az

Exit mobile version