2026–2027-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan VII siniflərində “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris olunacaqdır.

Yeniera.az xəbər verir ki, bu barədə News24.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, bu yanaşmanın növbəti illərdə mərhələli şəkildə yuxarı siniflərə də tətbiqi planlaşdırılır.

Exit mobile version