Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8731
  • 100 RUB 2.0649
  • GBP 2.2453
  • TRY 0.0337
  • CNY 0.2548
  • GEL 0.6561
  • 100 KZT 0.3816
  • UAH 0.0375
  • AED 0.4628
Dünya

Bu ölkədə ağır təyyarə qəzası: HAMI ÖLDÜ

Bu ölkədə ağır təyyarə qəzası: HAMI ÖLDÜ

ABŞ-nin Florida ştatında şəxsi təyyarənin yaşayış ərazisinə düşməsi nəticəsində doqquz nəfər həlak olub.

YENİERA.az xəbər verir ki, “Learjet 60” markalı biznes təyyarəsi Palm Biç dairəsinin Qrinakres şəhərində mobil evlərin yerləşdiyi əraziyə çırpılıb. Hadisə bazar günü yerli vaxtla saat 13:00 radələrində baş verib.

ABŞ-nin nəqliyyat naziri Şon Daffi “X” sosial şəbəkəsindəki paylaşımında təyyarənin göyərtəsində doqquz nəfərin olduğunu və onların hamısının həyatını itirdiyini bildirib.

Məlumata görə, təyyarə Texas ştatının Ostin şəhərindən Baham adalarına uçurmuş.

İlkin məlumata əsasən, təyyarə əvvəlcə ağaca çırpılıb, daha sonra elektrik xətlərini zədələyərək yaşayış evinə düşüb. Güclü yanğın nəticəsində həm təyyarə, həm də mobil ev demək olar ki, tamamilə yanaraq məhv olub.

Hadisə yerinə Palm Biç dairəsinin Yanğından Mühafizə və Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. İlkin məlumatlara görə, ərazidə yaşayan sakinlər arasında xəsarət alan və ya ölən olmayıb.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisənin səbəblərini və şəraitini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.///Ajans.az

Paylaş: