Cənubi Afrika Respublikası milli komandası Dünya Çempionatında tarixi nəticəyə imza ataraq, Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub edib və ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb.
Yeniera.az xəbər verir ki, Monterreydə keçirilən qarşılaşmada oyunun taleyini ikinci hissədə vurulan qol həll edib.
Tapelo Maseko 63-cü dəqiqədə fərqlənərək, topu alt küncə göndərib və CAR komandasına tarixi qələbəni qazandırıb.
Bu nəticə ilə Cənubi Afrika qrup mərhələsində vacib 3 xalı əldə edərək turnirdə ilk dəfə pley-off mərhələsinə yüksəlməyə nail olub. Komanda daha əvvəl 1998, 2002 və 2010-cu illərdə DÇ-də qrup mərhələsini keçə bilməmişdi.
Cənubi Afrika hazırda A qrupunun lideri Meksikadan 4 xal geri qalır və növbəti oyunda 28 iyunda Los-Ancelesdə ev sahibi Kanada ilə qarşılaşacaq.
Cənubi Koreya isə 3 xalla mübarizəni davam etdirir, lakin son tur nəticələri onların taleyini müəyyən edəcək.
