Bu günlərdə Azərbaycan Zəvvarları Şirkətinin rəhbəri Cavid Abdullayev “İstanbul İş Adamları Dərnəyi” (İSTİAD) direktorlar şurasının qərarı ilə Azərbaycan üzrə təmsilçisi təyin edilib.
Bu barədə Medialive.az-a Cavid Abdullayevin özü məlumat verib.
Şirkət rəhbəri bildirib ki, “İstanbul İş Adamları Dərnəyi” (İSTİAD) Milli və Beynəlxalq iş dünyasında güclü, davamlı və ehtimada əsaslanan işgüzar əməkdaşlıq yaratmaq məqsədi ilə 2015-ci ildə İstanbulda təsis edilib.
O qeyd edib ki, qardaş Türkiyədə fəaliyyətə başlayan “İSTİAD” sənayeçiləri və iş adamları ortaq korporativ çətir altında bir araya gətirir. Sektordan, miqyasdan və ya ölkələrdən aslı olmayaraq səmərəli fəaliyyət göstərən “İSTİAD”, Türkiyənin strateji mövqeyinə və iqtisadi potensialına əsaslanaraq, iş birliyi arasında davamlı və yüksək keyfiyyətli kommersiya əlaqələrinin qurulmasını asanlaşdıran bir korporativ biznes inkişaf platformasıdır.
Rəhbər vurğulayıb ki, “İstanbul İş Adamları Dərnəyi” (İSTİAD) dünyanın bir çox ölkələrində ən yüksək şəkildə fəaliyyət göstərir.
Azərbaycanda təmsilçi kimi fəaliyyətə başlayacağını söyləyən C. Abdullayev cənab Prezident İlham Əliyevin sahibkarlara, iş adamlarına yaratdığı şəraitə görə ölkə başçısına dərin təşəkkürünü bildirib.
