Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində fransalı həmkarı Jan-Noel Barro ilə görüşüb.

Yeniera.az xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, nazirlər ikitərəfli gündəliyi nəzərdən keçirib, Azərbaycan-Aİ münasibətlərini müzakirə edib və əsas regional və beynəlxalq məsələlər, o cümlədən regional təhlükəsizlik vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Exit mobile version