UEFA 2028/29 mövsümündə avrokubokların finallarına sahiblik edəcək şəhərləri açıqlayıb.
Yeniera.az xəbər verir ki, Çempionlar Liqasındakı həlledici qarşılaşma “Nou Kamp” stadionunda baş tutacaq.
“Barselona”nın ev oyunlarını keçirdiyi arena İngiltərənin “Uembli” stadionu ilə mübarizədə qalib gəlib.
2027/2028 və 2028/2029-cu illər UEFA Avropa Liqasının finalının keçiriləcəyi arenalar da bəlli olub.
2028-ci ildə baş tutacaq həlledici görüş Rumıniyanın paytaxtı Buxarestdəki “National Arena”da, 2029-da isə Serbiyanın paytaxtı Belqraddakı “National Stadium Serbia” stadionunda olacaq.
2028-ci ildə keçiriləcək UEFA Superkuboku matçı isə Qazaxıstanda keçiriləcək. Matç bu ölkənin paytaxtı Astanadakı “Astana Arena”a baş tutacaq.
