Dağıstanın Qarabudaqkənd rayonunda baş vermiş helikopter qəzası faciə kimi qiymətləndirilir.
Yeniera.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” mətbuat xidməti məlumat yayıb.
“Rosaviasiya” baş vermiş hadisəni faciə kimi təsnif edib. Onun səbəblərinin araşdırılması ilə Dövlətlərarası Aviasiya Komitəsi (MAK) “Rosaviasiya”nın Cənub Regionlararası Ərazi İdarəsinin iştirakı ilə məşğul olacaq”, – məlumatda bildirilib.

