2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları bu gün keçiriləcək.

Yeniera.az xəbər verir ki, D, F, H, I, K qruplarında ümumilikdə 9 qarşılaşma baş tutacaq.

Azərbaycan millisinin yer aldığı D qrupunda Fransa İslandiya ilə üz-üzə gələcək.

Portuqaliya səfərdə Macarıstanın, İngiltərə isə Serbiyanın qonağı olacaq.

DÇ-2026, seçmə mərhələ

9 sentyabr

D qrupu

20:00. Azərbaycan – Ukrayna

22:45. Fransa – İslandiya

Xal durumu: İslandiya – 3, Fransa – 3, Ukrayna – 0, Azərbaycan – 0.

F qrupu

20:00. Ermənistan – İrlandiya

22:45. Macarıstan – Portuqaliya

Xal durumu: Portuqaliya – 3, Macarıstan – 1, İrlandiya – 1, Ermənistan – 0

H qrupu

22:45. Kipr – Rumıniya

22:45. Bosniya və Herseqovina – Avstriya

Xal durumu: Bosniya və Herseqovina – 12, Avstriya – 9, Rumıniya – 6, Kipr – 3, San Marino – 0.

I qrupu 

22:45. Norveç – Moldova

Xal durumu: Norveç – 12, İtaliya – 9, İsrail – 9, Estoniya – 3, Moldova – 0.

K qrupu

22:45. Serbiya – İngiltərə

22:45. Albaniya – Latviya

Xal durumu: İngiltərə – 12, Serbiya – 7, Albaniya – 5, Latviya – 4, Andorra – 0.

Exit mobile version