Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) 9 oktyabr tarixində saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Yeniera.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

“Onlara ilkin tibbi xidmət göstərilib. Hazırda müalicələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir”, məlumatda deyilir.

Exit mobile version