İspaniyada əhalinin əksəriyyəti qlobal vəziyyəti təhlükəli hesab edir.

Yeniera.az xəbər verir ki, İspaniyanın “El Pais” nəşrinin yaydığı sorğunun nəticələrinə görə, ölkə əhalisinin böyük hissəsi dünyadakı vəziyyəti mənfi qiymətləndirir və əsas təhlükə kimi ABŞ prezidenti Donald Trampı görür.

Sorğuya əsasən, respondentlərin 81%-i Trampı dünya üçün ən böyük risk hesab edir.

Onu 79,3% ilə Rusiya prezidenti Vladimir Putin, 71,2% ilə isə İsrailin baş naziri Benyamin Netanyahu izləyir.

Digər liderlər, Kim Çen In və Si Cinpin siyahıda daha aşağı yerlərdə qərarlaşıb.

Araşdırma ispan cəmiyyətində ciddi pessimizm olduğunu göstərir. Belə ki, respondentlərin 10%-dən azı gələcəkdə rifahın artacağına inanır, əksəriyyət isə yeni müharibələr və iqtisadi böhranlar gözləyir.

Sorğuda qeyd olunur ki, iştirakçıların böyük qismi ABŞ-ın gələcəkdə yeni hərbi addımlar atacağını düşünür.

Müdafiə xərcləri məsələsi isə cəmiyyətdə fikir ayrılığı yaradır: 46,3% bu xərclərin artırılmasını dəstəkləyir, 45,3% isə buna qarşı çıxır. Buna baxmayaraq, NATO üzvlüyünə münasibətdə əksəriyyət alyansda qalmağın tərəfdarıdır.

Eyni zamanda, respondentlərin təxminən yarısı ölkədə demokratiyanın qorunması üçün şəxsi riskə getməyə hazır olduğunu bildirib.//Konkret.az

Exit mobile version