BBC-nin Bakı ofisinin sabiq əməkdaşı Ədalət İsmayılov dünyasını dəyişib.
Yeniera.az musavat.com-a istinadən bildirir ki, bu barədə onun keçmiş həmkarı, jurnalist Nailə Balayeva məlumat paylaşıb.
O, Ə.İsmayılovu kollektivin ən səmimi, sakit və mehriban üzvlərindən biri kimi xarakterizə edib.
Ədalət İsmayılov 1968-ci ildə Borçalıda, Başkeçiddə ( Dmanisi) doğulub.
BBC-nin Azərbaycan xidmətində texniki və inzibati sahələrdə xidmət göstərib. O, Bakı ofisinin formalaşmasında və gündəlik iş rejiminin peşəkar səviyyədə qurulmasında səmərəli fəaliyyət göstərib.
Qeyd edək ki, mərhumun vaxtilə BBC-də birlikdə çalışdığı bacısı Sədaqət İsmayılova da bir 10 il əvvəl əvvəl xərçəng xəstəliyindən vəfat etmişdi.
Media nümayəndələri və keçmiş həmkarları mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
